K.Sayns: Kidən sürpriz gözləmirəm

McLaren komandasıın sürücüsü Karlos Sayns bildirib ki, Ceyms Kidən möcüzə gözləmir.

F-1.az xatırladır ki, Ceym Ki keçən il McLaren komandasına qoşulmuş və Britaniya təmsilçisi 5 ildən sonra ilk dəfə podiuma yüksəlmişdi. İspaniyalı sürücü Toro Rosso komandasında da Ki ilə birlikdə işləmişdi və onu çox yaxşı tanıyır.

Karlos Sayns: “Ondan möcüzələr gözləmirəm. Bir nəfər hər şeyi dəyişdirə bilməz. Ceymsin gəlməsi komanda üçün yaxşı oldu. Aerodinamika və mexaniki cəhətdən yeni nəfəs oldu. Komandaya yeni yön gətirdi. Onun yaxşı layihələri var.

Keçən il altıncı olmaq özümə olan inamımı artırdı. Bolidin inkişafı doğru yolda olduğumuzu göstərir. Bolidin təkmilləşməsində rolum olsa da, Landonun da əziyyətini unutmamalıyıq. Keçən il karyeram üçün çox vacib oldu. Ancaq Landonun da öz tərzi var. Öz fikri və istəkləri var. Bu da inkişafımıza kömək etdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*