A.Zaydl: Hər trasda son sessiyaya qalırıq

McLaren komandasının rəhbəri Andreas Zaydl bildirib ki, iki sürücü ilə də davamlı olaraq son sessiyaya qalmaq yaxşı haldır.

F-1.az xatırladır ki, Britaniya təmsilçisi Yubiley Qran Prisindən başqa bütün sıralanma turlarında son sessiyaya qala bilib. Bundan başqa McLaren bi il bütün yarışlarda xal ala bilən nadir komandalardandır.

Andreas Zaydl: “İtaliyada da əla işlədik. Sürücülərimiz üçüncü və altıncı oldular və bu, gözəl haldır. Cümə və şənbə günləri rəqabətədavamlı idik. Mühəndislər daha sonra yaxşı sazlanmalar tapdılar və sürücülərin tempi yaxşı idi. Minimum asfaltayatma qüvvəsi edən bu trasda güclü nəticə göstərmək gözəl oldu.

Bu mövsüm bütün traslarda son sessiyaya qala bilmişik. Bunu bir dəfə bacarmadıq. Yarışlarda da başladığımızdan yüksək yerlərdə bitiririk.

Yarışa üçüncü və altıncı yerdən başladığımız üçün çempionatdakı əsas rəqiblərimizlə mübarizə apara bilərik. Komandanın işindən razıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*