Ferrari xüsusi rəng çalarını təqdim edib

Ferrari komandası Montsa yarışı üçün hazırladığı xüsusi rəng çalarını təqdim edib.

F-1.az xatırladır ki, Ferrari 75 il bundan əvvəl avtomobil markası olub və buna görə də 2022-ci il bolidinin adı F1-75-dir.

Ferrari 2020-ci ilin Mucello yarışında 1000-ci yarışına keçərkən xüsusi rəng çalarından istifadə etmişdi. Bu il də onlar öz vətənlərində ənənələrini davam etdirəcəklər.

Nəhayət ki, komanda yeni rəng çalarını təqdim edib. Boliddə yenə də qırmızı rəng hegemonluq edir. Amma əksər hissələrdə sarı rəngdən istifadə olunub. Bu rəng daha çox bolidin arxa tərəfində istifadə edilib. Arxa qanadın yan tərəfləri tamamilə sarə rəngə boyanıb. Arxa qanadda qara rəng üzərində Ferrari yazısı var. Burada brendin klassik yazı fontu F-Lunga-dan istifadə olunub.

Motor qapağı da sarı rəngdədir. Mat sarı rəngin üstündə qara xətlər görürük. Boyanın qurtardığı hissədə isə 75-ci il loqotiplərini görürük.

Haloda da üç sarı xətt var. Ön tərəfdəki nömrələr də parlaq sarı rəngə boyanıb.

Boliddən fərqli olaraq sürücülərin kombinezonu tamamilə sarı rəngdə olacaq. Kombinezonun arxasında 75-ci il loqotipləri var.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*