Sauber artıq podium istəyir

Alfa Romeo komandasının rəhbəri Frederik Vassyör sürücülərini podiumda görmək istəyir.

F-1.az xatırladır ki, Sauber komandası iki il əvvəl aşkar autsayder olsa da, 2018-ci ildə Alfa Romeo ilə tərəfdaşlığa başlayıb və mövsümü 8-ci yerdə bitirib. Komanda bu ilin əvvəlində Alfa Romeo şirkətinə satılıb. İlk 3 yarışda 12 xal toplayan İsveçrə komandası turnir cədvəlində 5-ci yerdədir.

Frederik Vassyör: “Bunu demək çətin olsa da, bəzi planlarımız var. Tərəfdaşlarımız razıdırlar və onlardan yaxşı geribildirimlər alırıq. 2017-ci ildə Alfa Romeo ilə tərəfdaşlığımız dəqiqləşəndən sonra layihələrimizə yanaşma tərzimiz dəyişdi. Düzdür, bu hal üzərimizdəki təzyiqi də artırdı. Bilirik ki, bizi çətin dövrlər gözləyir. Amma komanda yenidən qurulur və yenidən podium uğrunda mübarizə aparmaq istəyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*