K.Rəykkönen cərimələnib

Alfa Romeo komandasının sürücü Kimi Rəykkönen yarışın son dövrəsində Fettellə yaşadığı insidentə görə cərimələnib.

F-1.az bildirir ki, Stüardlar Rəykkönenin son dövrədə Sebastyan Fettellə toqquşmasını araşdırıb başa çatıblar.

Stüardlar sürücülərin izahatlarını dinləyiblər, kameralardan görüntüləri izləyiblər və qərara alıblar ki, finlandiyalı sürücü insidentdə günahkardır. Beləliklə, Kiminin yekun nəticəsinə +20 saniyə əlavə olunub (pit yolundan keçmək cəzasının analoqu) və sürücülük vəsiqəsinə 2 bal yazılıb…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*