M.Brandl: “Kimi istənilən səviyyədə deyil”

Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, Rəykkönenin sürəti ən güclülərlə mübarizə aparmağa imkan vermir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2014-cü ildə Ferrari-yə qayıtdıqdan sonra bu il 7 dəfə podiuma yüksələrək ən yaxşı performansını nümayiş etdirib. Bundan başqa Monakoda sıralanma turunda birinci yeri tutaraq, 9 illik poul həsrətinə son qoyub. 2017-ci il mövsümü 38 yaşlı sürücünün ən çox xal topladığı ikinci mövsümdür. Bütün bunlara baxmayaraq, Rəykkönen komanda yoldaşı Fetteldən 112 xal geridə qalıb.

Martin Brandl: “Kimi bu il yaxşı çıxış etsə də, nəsə çatışmırdı. Deyirdi ki, sürətlidir, təkərlərdən yaxşı istifadə edir. Amma yarışlarda bəzi şeylər tərs getdi və geridə qaldı. Ancaq peletondakı ən yaşlı sürücü olduğunu düşünsək, pis performans göstərmir. Son illərdəki ən yaxşı performansı olsa da, öndəki rəqiblərlə yarışacaq səviyyədə deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*