24 Yanvar 2019, Cümə axşamı - 02:19

S.Fettel çətinliklərdən qorxmur

S.Fettel çətinliklərdən qorxmur

Müəllif: Rauf Hacıyev, redaktor

16:15 - 23 Mart, 2018

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, boliddə potensial var.

F-1.az xatırladır ki, Ferrari cümə sərbəst yürüşlərindən sonra ən sürətli 3-cü komanda təsirini bağışlayıb. Fettel lider Həmiltondan 0.5, komanda yoldaşı Rəykkönendən 0.2 saniyə geri qalıb.

Sebastyan Fettel: “Bu gün çətin idi. Mövsüm başladığı üçün sevincliyəm və həzz aldım. Birinci balansı düzəltməyə çalışdıq. Əvvəlcə boliddə özümü rahat hiss etmədim və buna fokuslandıq. Nəticəyə görə narahat deyiləm. Əgər bolidi təkmilləşdirə bilsək, performans da artacaq. Sabah sıralanma turunda hər şey daha yaxşı olacaq. Bolidin potensialı var və həftəsonu qələbə üçün mübarizə aparacağıq. Rəqiblərimizə nisbətən çox işləyib hazır olmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 160
Teqlər , , ,
Paylaş

logo