G.Berger: “Fetteldə bacarıq yoxdur”

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Fettelin əfsanəvi Şumaxerdəki kimi liderlik istedadı yoxdur.

F-1.az xatırladır ki, Şumaxer 1996-cı ildə Ferrari-yə transfer olunarkən Benetton komandasından özü ilə bəzi mühəndisləri gətirmiş və “qırmızılar”-la ardıcıl 5 titul qazanmışdı. Fettel isə 2014-cü ildə Ferrari-yə keçdikdən sonra daha çox səhvləri ilə gündəmə gəlib.

Gerhard Berger: “Fettel özünü evində hiss etməlidir. Rahat olmalıdır. Lekler komandada olanda problem yaşayır və tam gücünü ortaya qoya bilmir. Rikkardo ilə də belə oldu və Red Bull-dan ayrıldı.

Lyuis əfsanəvi Şumaxerin rekordlarını qırdıqdan sonra idmandan getmək istəyir. O, mənə Ayrton Sennanı xatırladır. Sebastyan isə Şumaxer kimi çalışqandır, amma Mixael ilə müqayisədə komandaya yön verə bilmir. Hər hansı bir mühəndisi komandaya cəlb etmək bacarığı yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*