18 Noyabr 2019, Bazar ertəsi - 20:58

M.Arrivabene: “Kimi ilə müqaviləni uzada bilərik”

M.Arrivabene: “Kimi ilə müqaviləni uzada bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

14:27 - 14 May, 2016

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Rəykkönen hazırkı performansını davam etdirsə, finlandiyalı 2017-ci ildə də komandada qala bilər…

F-1.az xatırladır ki, Rəykkönenin müqaviləsi ilin sonunda bitir və 2017-ci ildə Ferrari-də qalıb-qalmayacağı hələ məlum deyil.

Komandanın rəhbəri Arrivabene Rəykkönenin builki performansından razıdır və onunla yenidən müqavilə bağlaya biləcəklərini bildirib: “Kiminin gələcəyi öz əllərindədir. Hazırda çox güclüdür və fokuslanıbdır. Ondan istədiyimiz hər şeyi bizə verir.

İndiyə qədər 4 yarış oldu. İndi yeni bir yarışa başlayırıq. Bu 21 yarışdan ibarət olan təqvimin 5-ci yarışıdır. Kimi fanlarına gələcək barədə nəsə demək üçün hələ tezdir. Amma onun hazırda gördüyü işdən razıyam”.

Kimi Rəykkönen gələn il 38 yaşını qeyd edəcək, amma Arrivabene bunu problem olaraq görmür: “Yaş vacib deyil. Vacib olan onun yarışları sevməsidir, istedadıdır və cəsarətidir.

Naycel Mənsell çempion olanda Kimi Rəykkönendən 3 yaş böyük idi.

İki sürücümüzdən də razıyam.

Sebastyanın bəxti gətirmədi və bunun səbəbini bilirik. Amma Kimi və Sebastyana güvənirik. Kimi keçənilkinə nisbətən güclüdür, amma Sebin özünü göstərməyə ehtiyacı yoxdur, çünki Seb elə Sebdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 306
Teqlər , , ,
Paylaş

logo