Ş.Lekler: Ferrari-ni məhz Vassyör zirvəyə qaytara bilər

Monakolu sürücü Ferrari-ni məhz kimin yenidən çempionluq mübarizəsinə qaytara biləcəyini deyib.

F-1.az xəbər verir ki, Şarlın fikrincə bu şəxs komandanın rəhbəri Frederik Vassyördür.

Şarl Lekler: “Frederik komandanın getməli olduğu yol üçün yaxşı orta və uzunmüddətli perspektivə malikdir. Şübhə etmirəm ki, məhz o, Ferrarini zirvəyə qaytara biləcək. Əvvəlki işind  uğur qazanmaq üçün hansı vintləri çevirməli olduğunu bildiyini sübut edib.

Məsəl üçün nəyi göstərim? Əslində, bir çox sirləri vermədən bunu təsvir etmək çətindir. O, yaxşı bilir ki, müəyyən sahələrdə daha da yaxşı işləyə bilər. Davamlı olaraq hər şeyi təhlil edir və onları yoxlamaya məruz qoyur”.

Qeyd edək ki, Frederik komandanı bu mövsümdən etibarən idarə edir və Ferrari-də bir çox mütəxəssis ya işindən azad olunub, ya da struktur dəyişikliyi nəticəsində başqa şöbəyə keçib. Lakin komandanın maşınları tras üzərində hələ də istənilən nəticələri vermir…

Leklerin də zəif nəticələrə görə komandadan ayrıla biləcəyi danışılırdı, lakin gənc sürücü Bakıda bu xəbərləri təkzib edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*