S.Fettel: “Yarış tempimiz zəifdir”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarış tempində zəifdirlər.

F-1.az xatırladır ki, almaniyalı sürücü cümə sərbəst yürüşlərində 1.09.217 zaman nəticəsiylə birinci olub. Lakin ilk beşlik 0.2 saniyə içərisindədir.

Sebastyan Fettel: “Performansımdan razıyam. Lakin trasın şəraiti çətin idi və ideal performans göstərə bilmədim. Bolidin nəyə ehtiyacı olduğunu anladıq. Artıq o sahələrin üzərində işləyəcəyik. Bunu etməliyik. Sıralanma performansımız yaxşı olsa da, yarış performansında zəifik. Daha çox asfaltla ilişmə lazımdır, amma bunu tapmaq asan deyil. Bolidin balansını bizə uyğun formada sazlamalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*