L.Turrini: Ferrari pis gündədir

İtaliyalı Formula1 jurnalisti Leo Turrini bildirib ki, Ferrari hələ də keçənilki problemləri həll edə bilməyib.

F-1.az xatırladır ki, italyanlar birinci qış testlərində gözləniləndən zəif çıxış ediblər. Favorit komandalar arasında ən az dövrə vuran “qırmızlar” testlərin son günündə mühərrik problemi yaşayıblar. Komandanın rəhbəri Mattia Binotto da hazırda Mercedes və Red Bull-dan zəif olduqlarını deyib.

Leo Turrini: “Yəqin ki, Binottonun açıqlamasını oxudunuz. Şərh verməyə ehtiyac belə yoxdur. SF1000-in aerodinamikası işləmir. 2019-cu ildəki problemləri hələ də düzəldə bilməyiblər. Bolid ön tərəfdən sürüşür və performans olaraq Mercedes-lə Red Bull-un gerisindədir. Gələn həftə Barselonaya yeni detallar gətiriləcək və çox işləyəcəklər. Testlərin sonuncu günündə hər şey məlum olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*