20 Avqust 2019, Çərşənbə axşamı - 03:02

S.Markionne: “Fettel və Rəykköneni itirə bilərik”

S.Markionne: “Fettel və Rəykköneni itirə bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

06:51 - 07 Dekabr, 2016

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, 2017-ci ildə də uğursuz olsalar, Sebastyan Fettel və Kimi Rəykköneni itirə bilərlər.

F-1.az xatırladır ki, Ferrari mövsümə çempionluq iddiası ilə başlasa da, inkişaf tempinə görə rəqiblərinə uduzaraq mövsümü qələbəsiz başa vurub. Sebastyan Fettel və Kimi Rəykkönenin komanda ilə müqavilələri gələn ilin sonunda bitir və xüsusən də, Fettelin komandadan ayrılacağı gəzən söz-söhbətlər arasındadır.

Markionne etiraf edib ki, 2017-ci ildə də uğursuz çıxış etsələr, çempion sürücülərini itirə bilərlər: “Hər iki sürücümüzün də 2017-ci il üçün müqavilələri var. Daha sonra nə olacağını bilmirəm. Hər şey 2017-ci ildəki performansımızdan asılı olacaq. Əgər 2016-cı ildəki kimi çıxış etsək, güclü sürücüləri komandaya cəlb edə bilməyəcəyik. Gələn il daha güclü olmalıyıq. Bunun üçün də işləməyə davam edirik. Komandama güvənirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 389
Teqlər , , ,
Paylaş

logo