S.Markionne: “Monakoda dubl edən komandayıq”

Ferrari komandasının prezidenti Sercio Markionne bildirib ki, Silverstoundakı pis nəticəyə baxmayaraq, yenidən qələbə uğrunda mübarizə aparacaqlar.

F-1.az xatırladır ki, Ferrari mövsümə mükəmməl başlamış və ilk 5 yarışda 3 qələbə qazanmışdı. Amma son 4 yarışda “qırmızılar” Mercedes-ə həm yarış, həm də sıralanma tempində uduzmağa başlayıblar. İtalyanlar xüsusən də, sonuncu Britaniya Qran Prisində Mercedes-dən çox geri qalmışdılar.

Sercio Markionne: “Biz mövsümə güclü başlayan və Monakoda qalib gələn komandayıq. Bu komanda ilə o komanda eynidir. Pis nəticədən sonra yas tutmayacağıq. Buna reaksiya verməliyik. Rəqibimiz idmanda neçə ildir dominantlıq edir və bunu hamımız bilirik”.

Amma sabiq komanda rəhbəri Flavio Briatore Ferrari-nin rəqibi Mercedes-i məğlub edəcəyinə inanmır: “Bunu məyusluqla deyirəm, amma Ferrari mövsümün əvvəlində Mercedes-in problemlərindən maksimum faydalana bilmədi. Yoxsa yaxşı şansları olardı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*