S.Fettel: Çətin yarış olacaq

Ferrari komandasının sürücüsü Sebastyan Fettel yenə də maşından razı qalmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Emiliya Romanya Qran Prisinin sıralanma trunda 14-cü olub və ardıcıl 9-cu dəfə son sessiyaya qala bilməyib.

Sebastyan Fettel: “Sıralanma turu yaxşı idi. Maşında özümü yaxşı hiss etdim və bir az rahat idim. Amma yenə də son sessiyaya qala bilmədim. Çox təəccübləndim. Sona qədər boliddən maksimumu almağa çalışdım və riskə getdim. Şikanı xarici radiusdan döndüm və tras xaricinə çıxdığım üçün bir yer itirdim.

Çətin yarış olacaq. Geridəyik və yer qazanmaq çətindir. Ötmə etmək də asan deyil. Ümid edirəm ki, yarışda təkərlərdən yaxşı istifadə edərik. Bura hamımız üçün yeni trasdır və təkərlərin nə qədər dözəcəyini bilmirik. Tək pit-stoplu yarış gözləyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*