Rəsmən: Ferrari yeni rəhbər təyin edib

Ferrari gözlənilmədən Benedetto Vinyanı şirkətə rəhbər gətirib.

F-1.az bildirir ki, Vinya STMicroelectronics şirkətinin prezidenti idi və ST Qrupunun idarə heyətinin üzvü kimi işləyirdi. İtaliyalı iş adamı əvvəlki iş yerində çoxlu innovasiyalara imza atıb. Müasir dövrdə ağıllı telefonlarda istifadə edilən naviqatorların, toxunma texnologiyasının İphone 4-də istifadə edilməsində böyük rol oynayıb.

Ferrari onu rəhbərliyə gətirməklə elektrik motorlara keçid etmək üçün böyük addım atmış oldu. Ferrari müasir trendə uyğunlaşmaq üçün öz sahəsinin ən təcrübəli adamlarından birini transfer edib.

Benedetto Vinya: “Ferrari-nin rəhbəri olmaq böyük şərəfdir və bunu həyəcanla, məsuliyyətlə deyirəm. Qarşımıza çoxlu fürsətlər çıxacaq və həyəcanlıyam. Ferrari-də işləyənlərə, səhmdarlarına, azarkeşlərinə qarşı böyük məsuliyyət hiss edirəm”.

Con Elkan: “Benedetto Vinyanı rəhbər gətirdiyimiz üçün sevincliyik. Onun müasir texnologiyadan dərin anlayışı var və bu, Ferrari-ni daha da güclü edəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*