Ferrari fəlsəfəsini dəyişir

Ferrari komandası Formula1 maşınının fəlsəfəsini dəyişəcək və asfaltayatma qüvvəsini artırmaqçün düzlük sürətini itirəcək.

F-1.az xatırladır ki, Ferrari sonuncu Fransa yarışında problem yaşamış və əsas rəqibi Mercedes-dən çox geridə qalmışdı. “Qırmızılar” Fransaya yeniliklərlə gəlmişdi.

Mattia Binotto: “Asfaltayatma qüvvəsini artırmaqçün çox işləyirik. Bumna görə də düzlük sürətimiz azalacaq. Asfaltayatma qüvvəsi artsa, təkərlər də yaxşı işləyəcək. Fransadakı sıralanma turunda təkərləri işlətməyin çətin olduğunu gördük. Hazırda buna fokuslanmışıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*