Ş.Lekler: Ən sevdiyim tras Bakı Şəhər Halqasıdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, ən çox sevdiyi tras Bakı Şəhər Halqasıdır.

 

F-1.az xatırladır ki, monakolu sürücü şəhər tipli traslarda daha çox səhvlərlə yadda qalıb. Lakin o keçən il Bakı Şəhər Halqasındakı yarışa pouldan başlamışdı.

Şarl Lekler: “Mənə görə ən güclü sürücülər Senna, Prost, Lauda, Hant və Şumaxerdir. Sevdiyim traslar isə Monako və Bakıdır. O traslar səhvi bağışlamırlar.

Trasda 300 km/saat sürətlə getsəm də, mən super qəhrəman deyiləm. Yaxşı və pis xatirələrim olur. Stresslə mübarizə aparmaq üçün uşaqlıqdan nəfəsmə məşqləri edirəm. Bunun hesabına sakit qalıram və diqqətim daha iti olur. Potensialımı yüksəkdə tuturam”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*