L.di Montedzemolo: Ferrari-də çox şey dəyişməlidir

Ferrari-nin keçmiş prezidenti komandanın mövsümün əvvəlindəki nəticələrini şərh edib.

F-1.az xatırladır ki, komanda ilk 3 yarışda cəmi 26 xal qazanıb və sürət baxımından ilk üçlükdə olan komandalardan geri qalır.

Luka di Montedzemolo: “Komandanın nəticələri yaramdakı bıçaq kimidir. Ferrari ailəmlə birlikdə həyatımda ən vacib şeydir, çünki komandaya 25 ilimi vermişəm. Belə nəticələri görəndə inciyirəm və təəssüflənirəm. Düşünmürəm ki, söhbət müvəqqəti böhrandan gedir – komandada yenidən strukturlaşma olmalıdır və ən yaxşı mütəxəssisləri dəvət etmək lazımdır.

Bir vaxtlar komandaya Jan Todt, Stefano Domenikali, Ross Braun, Rori Börn kimi şəxsləri gətirmişəm. Daha sonra Mixael Şumaxer bizə qoşuldu. Onda da Ferrari ciddi böhran içində idi, amma biz komandanı yenidən qura bildik. Müxtəlif millətlərdən olan mütəxəssisləri dəvət etmək kifayət deyil. Lazım olan sahələrdə şirkətin mədəniyyətini dəyişmək lazımdır.
Luka Ferrari-nin indiki icraçı direktoru Benedetto Vinyanı da fevral ayında keçirilən təqdimat zamanı 2023-cü ilin maşınının “görünməmiş sürətə sahib olması” barədə sözlərinə görə sərt tənqid edib: “Təqdimat zamanı zəfər nitqləri mənə yanlış göründü. Mən yeni maşının keçən illə müqayisədə inkişaf etdirəcəyini gözləyirdim”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*