F.Vassyör: Bütün komandalar format dəyişikliyini təsdiqləyəcək

Ferrari-nin rəhbəri Azərbaycan Qran Prisində yarış həftəsonunun formatında mümkün dəyişikliklərə münasibət bildirib.

F-1.az xəbər verir ki, Formula1 Azərbaycanda keçiriləcək növbəti mərhələnin formatını dəyişməyi planlaşdırır. İki məşq əvəzinə yalnız birinin keçirilməsi planlaşdırılır – digəri isə sprint yarışından əvvəl sıralanma turu ilə əvəz olunacaq. Bu halda əsas yarışda start sırası sprintin nəticəsi ilə deyil, cümə günü baş tutan təsnifat mərhələsi ilə müəyyən olunacaq.

Frederik Vassyör“Bu, komandaların şanslarını bərabərləşdirəcək. Belə hal çox tez-tez baş vermir, buna görə də ondan yapışmaq lazımdır. Məşqlərin təsnifatla əvəz edilməsi həftə sonunu daha dinamik hala gətirəcək. Bu addımın niyə belə gec atıldığını müzakirə edə bilərsiniz, amma ümumilikdə bütün komandaların ideyanı dəstəkləyəcəyini düşünürəm.

Mən müntəzəm məşqlərin böyük fanatı deyiləm. Darıxdırıcıdır. Bizim üçün yox, çünki bizdə məlumatlar olur, amma yanacaq səviyyəsi, mühərrik rejimi və sair haqqında məlumatı olmayan izləyicilər üçün darıxdırıcıdır. Ona görə də hər şeyi daha dinamik etməyə çalışmaq yaxşı qərardır. Futbol matçına baxmazdan əvvəl çərşənbə günü məşqi izləmirsiz. Məşqləri yayımlayan yeganə idman növü bizik”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*