M.Brandl: “Fettel istedadını itirib”

Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, Sebastyan Fettel istedadını itirib.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu son iki ildə daha çox səhvləri ilə yadda qalıb.

Martin Brandl: “Braziliyada Ayrton Sennanın bolidi ilə sürdüyüm zaman o şounu sürücülərdən sadəcə Sebastyan Fettel izləyirdi. Sebastyan idmanımızın tarixi ilə maraqlanır və Formula1 onunçün çox şey ifadə edir.

Sükan arxasında bəzən soyuqqanlı ola bilmir və yarışda ciddi səhvlər edir. Lakin hələ də sürətlidir. Ferrari-dən göndərməzdim, amma ən yaxşı illəri artıq geridə qalıb. Hər şey 2018-ci ildə Almaniyada başladı. Axmaq səhv etdi və qələbəni əldən verdi. Ondan sonra səhvlər başladı. Montsa, Sinqapur, Bəhreyn və ya Kanadanı xatırlayın. Ya davamlı səhvlər edir ya da istedadını itirib. Onu çox istəyirəm və hörmət edirəm. Ancaq əksər sürücülərdə müəyyən yaşdan sonra geriləmələr olub”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*