13 Noyabr 2019, Çərşənbə - 03:54

C.Elkan: “Ferrari ən sürətli dövrəni vurdu”

C.Elkan: “Ferrari ən sürətli dövrəni vurdu”

Müəllif: Rauf Hacıyev, redaktor

12:16 - 29 Aprel, 2019

Ferrari-nin prezidenti Con Elkan komandasının performansını Azərbaycanda boksdan izləyib və hər şeyi gözləri ilə görüb.

F-1.az xatırladır ki, “qırmızılar” həftəsonuna əla başlasalar da, sıralanma turunda əvvəlcə Lekler qəza edib. Daha sonra isə Fettel iki Mercedes-in arxasında qalaraq 3-cü olub. Yarışda da Ferrari “gümüşü oxlar”-ın tempinə cavab verə bilməyib. Buna görə də son dövrələrdə Lekleri növbəti dəfə pitə çağıraraq, sürətli dövrə üçün yeni təkər dəsti veriblər. Monakolu sürücü isə bu şansı əldən verməyib.

Con Elkan
: “Mercedes daha güclüdür, amma biz də ən sürətli dövrəni vurduq. Ferrari-də ruh yüksəkliyi var Hamı qazanmaq istəyir və çempionat hələ də uzundur. Forza Ferrari!”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 157
Teqlər , , , , ,
Paylaş

logo