15 Oktyabr 2019, Çərşənbə axşamı - 12:44

Manor P.Frayı da öz sırasına qatıb

Manor P.Frayı da öz sırasına qatıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:30 - 25 Yanvar, 2016

Manor komandası yeni mövsüm ərəfəsində texniki heyətini gücləndirməkdə davam edir…

F-1.az xatırladır ki, 10 gün əvvəl Manor komandası Ferrari-nin keçmiş konstruktoru Nikolas Tombasisi aerodinamika şöbəsinə başçı təyin etmişdi. Bu gün isə komanda Ferrari-nin keçmiş baş mühəndisi Pət Frayı da öz heyətinə qatıb – Fray bu il komandanın texniki məsləhətçisi kimi çalışacaq…

Deyv Rayan, komandanın yarış direktoru: “Bizim bəxtimiz gətirdi ki, Pət bizim komandaya qoşuldu – texniki tərəfdaşlarımızla iş zamanı onun məsləhətlərinə çox ehtiyacımız olacaq. Barselona testlərində maşından lazımi sürəti almalıyıq, sonra Melburnda həmin sürəti təsdiq etməliyik. Biz əmin olmalıyıq ki, builki mövsümə yaxşı başlamaqla mövsümün ilk yarısında maşının modernizəsi üçün yaxşı təməl qurmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 527
Teqlər , , , ,
Paylaş

logo