Ferrari bazasını bağlayıb

Ferrari şirkəti yol avtomobilləri ilə yanaşı Formula1 bazasını da bağlayıb.

F-1.az xatırladır ki, koronavirus pandemiyası Maranello və Modenada geniş yayılıb. Buna görə də italiyalı istehsalçı bazadakı işlərini dayandırıb. Qeyd edək ki, İtaliya hazırda Avropada koronavirusdan ən çox əziyyət çəkən ölkədir. İtaliya höküməti geniş miqyaslı karantin tətbiq edib. Bəzi yerlər işləsə də, Ferrari-nin avadanlıqla təmin olunmasında problemlər yaşanıb və işləmək mümkünsüzləşib. Avtomobil və Formula1 şöbəsi martın 29-a qədər bağlanıb. Mühəndislər evdən işlərinə davam edə bilərlər. Ancaü bu hal komandanın inkişafına mənfi təsir göstərə bilər. Çünki rəqiblər hazırda bazalarında planlı formada işləyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*