S.Fettel cərimələnməyəcək

Ferrari komandasının sürücüsü Sebastyan Fettel həftəsonu Yaponiyada keçiriləcək yarışda cərimələnməyəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü Rusiyada MGU-K generatorunun probleminə görə mübarizəni dayandırmışdı. Buna görə də Yaponiyada dördqat Dünya Çempionunun cərimələnəcəyi gözlənilirdi. Çünki Fettel bu mövsüm artıq ikinci MGU-K-dan istifadə edir. Buna görə də italyanlar narahat idilır. Lakin aparılan araşdırmalardan sonra generatorun dəyişdirilməyə ehtiyacı olmadığına qərar verilib.

, , ,