Ümumdünya Şurası Ferrari ilə razılaşmanı dəstəkləyib

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Skuderiyanın güc qurğusunun qaydalara uyğunluğu üzrə araşdırmadan sonra federasiya və Ferrari arasında məxfi razılaşma qərarına "yekdilliklə dəstək verib".

F-1.az xatırladır ki, hər şey mövsümöncəsi testlərin son günü başlamışdı – Barselonada testlər başa çatandan bir saat sonra federasiya Ferrari komandası ilə gizli saziş bağladığını və komandanın keçənilki güc qurğusunun reqlamentə uyğunluğunun araşdırmasının başa çatdığını, təfərrüatların isə məxfi saxlanıldığını bəyan etmişdi. Bundan sonra çempionatın yeddi iştirakçısı (Ferrari və onun müştəriləri istisna olmaqla) vahid cəbhədə birləşərək federasiyadan araşdırmanın nəticələri barədə izahat tələb etmişdi. Yalnız bundan sonra FİA araşdırmanın nəticələrini gizli saxlamaq hüququna malik olduğunu komandalara xatırlatmışdı. Dünən isə komandaların Jan Todt və Çeyz Keriyə ünvanlanmış 30 sualdan ibarət ikinci məktubu mətbuatda yayılıb.

Bu məsələ FİA-nın Ümumdünya Şurasının Brüsseldə keçirilən iclasında qısaca nəzərdən keçirilib və sonda Şuranın üzvləri yekdilliklə aşağıdakı qətnaməyə səs veriblər:

“Şura bu məsələyə baxılması ilə əlaqədar FİA-nın və Formula 1-in nüfuzuna və imicinə xələl gətirən hər hansı bir şərhə qarşı sərt olmaqla, FİA-nın prezidentinə və federasiyanın texniki şöbəsinə yekdilliklə dəstək ifadə edir”.

Sonda qeyd edək, yeddi komanda ikinci məktubdakı suallara cavab hazırlamaq üçün FİA-ya bir həftə möhlət verib.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*