Komandalar Jan Todt və Çeyz Keridən cavab gözləyirlər

Çempinatın yeddi iştirakçısının FİA-Ferrari gizli razılaşmasına qarşı mübarizəsi yeni dalğa ilə genişlənib - artıq komandalar rəhbətliyə ultimatum yürüdərək münaqişənin həlli üçün son vaxt qoyublar...

F-1.az xatırladır ki, hər şey mövsümöncəsi testlərin son günü başlamışdı – Barselonada testlər başa çatandan bir saat sonra federasiya Ferrari komandası ilə gizli saziş bağladığını və komandanın keçənilki güc qurğusunun reqlamentə uyğunluğunun araşdırmasının başa çatdığını, təfərrüatların isə məxfi saxlanıldığını bəyan etmişdi. Bundan sonra çempionatın yeddi iştirakçısı (Ferrari və onun müştəriləri istisna olmaqla) vahid cəbhədə birləşərək federasiyadan araşdırmanın nəticələri barədə izahat tələb etmişdi. Yalnız bundan sonra FİA araşdırmanın nəticələrini gizli saxlamaq hüququna malik olduğunu komandalara xatırlatmışdı.

Amma bir çox Avropa nəşrlərinin yazdığına görə komandalar bununla da qane olmayaraq FİA prezidenti Jan Todt və Formula1-in icraçı direktoru Çeyz Keri üçün otuzdan çox sual toplayaraq yeni bir müraciət göndəriblər. Komandalar əvvəlcədən mövqelərini razılaşdırıblar və Mercedes-in başçısı Toto Volffun təşəbbüsü ilə vahid cəbhə şəklində hücuma keçiblər.

Bu suallar arasında: Araşdırmanı kim aparıb? Nəticələr necədir? Yeni dəlil varmı? Məxfilik niyə lazımdır? Və ən əsası: 2019-cu il mövsümünün nəticələrinə yenidən baxıla bilərmi?

Çeyz Keridən Formula1 rəhbərliyinin bu araşdırmadakı rolu, FİA-ya etibar dərəcəsi və mövsüm üçün mükafat pullarının paylanmasına dair suallar soruşulub, çünki Ferrari öz maşınlarının keçən ilin istənilən vaxtında qaydalara uyğun olduğunu sübut edə bilməyib.

Yeddi komanda cavab hazırlamaq üçün Formula1 və FİA rəhbərliyinə yeddi gün vaxt verib, ona görə də Melburnda hadisələrin sonunu deyil, məhz davamını görəcəyik.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*