15 Oktyabr 2019, Çərşənbə axşamı - 22:45

FİA yeni işçi qrup təsis edib

FİA yeni işçi qrup təsis edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:38 - 25 Yanvar, 2015

Keçən ilin sonunda Force İndia, Lotus və Sauber kimi müstəqil komandalar çempionatda məsrəflərin azaldılması ilə yanaşı gəlirlərin çempionat iştirakçıları arasında […]

Keçən ilin sonunda Force İndia, Lotus və Sauber kimi müstəqil komandalar çempionatda məsrəflərin azaldılması ilə yanaşı gəlirlərin çempionat iştirakçıları arasında daha ədalətli bölünməsini tələb edirdilər. Bu komandalar problemə diqqəti cəlb etmək üçün, hətta, mövsümün son yarışlarını boykot etməklə də FİA-nı hədələmişdilər.

Amma onların bütün cəhdlərinə baxmayaraq, vəziyyət dəyişmək mümkün olmadı, çünki aparıcı komandalar və FOM-un başçısı Berni Ekklstoun güzəştə getməkdən imtina etdilər. Nəticədə, FİA vəziyətə müdaxilə etməli olub – britaniyanın Autosport həftəliyinin yazdığına görə, yeni işçi qrup təsis edilib. F-1.az-ın əldə etdiyi məlumata görə, yeni qrup Formula1 komandalarının gələcəyini təmin etmək üçün mümkün sahələrdə məsrəflərin azaldılmasını araşdıracaq. Qrupa FİA-nın baş administratoru Damyen Klermon başçılıq edir.

Force İndia komandasının əməliyyat direktoru Otmar Safnauerin sözlərinə görə, federasiya bu qrupu məhz komandaların məsrəfləri azaltmaq istəyi ilə yaradıb. Gözlənildiyinə görə yeni qrupun ilk hesabatı mövsümün startına hazır olmalıdır.

Safnauer əlavə edib ki, Force İndia artıq Strateji işçi qrupun iclaslarına da cəlb olub: “Bizim cəmi bir səsimiz var, amma biz iclaslarda iştirak edirik, öz rəyimizi söyləyə bilərik və başqalarının təkliflərindən xəbərdar oluruq. Ən azı biz bu prosedən kənarda deyilik və müzakirə mövzularından xəbərdar oluruq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 546
Teqlər , , , , , , ,
Paylaş

logo