15 Dekabr 2018, Şənbə - 15:25

Ferrari Massanı təəccübləndirib

Ferrari Massanı təəccübləndirib

Müəllif: Rauf Hacıyev, redaktor

08:14 - 21 Aprel, 2018

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Ferrari-nin builki startına çox təəccüblənib.

F-1.az xatırladır ki, Sebastyan Fettel mövsümün ilk 3 yarışında 2 poul və 2 qələbə qazanıb.

Felipe Massa: “Sözün düzü gözləmirdim. Mercedes-in öndə olmasını gözləyirdim. Düşünürdüm ki, Red Bull da onlarla mübarizə apara bilər. İlk yarışlardakı hadisələr idman üçün əladır. Çünki bir komandanın qazandığını görmürük. Ferrari-nin gözəl başlamasına sevindim. Maranelloda son iki ildə çox dəyişiklik edildi. Əksəriyyət onların gerilədiyini düşündü. Amma güclü komandaya sahib olduqlarını göstərir. Buna görə xoşbəxtəm, çünki mən həmişə Ferrari fanatı olmuşam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər ,
Paylaş

logo