10 Dekabr 2019, Çərşənbə axşamı - 12:37

Ş.Lekler: “Belə traslarda bu cür hallar labüddür”

Ş.Lekler: “Belə traslarda bu cür hallar labüddür”

Müəllif: Rauf Hacıyev, redaktor

18:35 - 07 Sentyabr, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Montsa kimi traslarda bu cür halların yaşanması labüddür.

F-1.az xatırladır ki, sıralanma turunun son dəqiqələrində sürücülər hava kisəsindən istifadə etmək istərkən sürətli dövrəyə vaxtında başlaya bilməyiblər. Nəticədə ilk cəhdlərdə hamıdan sürətli olan Lekler karyerasındakı dördüncü poulu qazanıb.

Şarl Lekler: “Sadəcə bir neçə trasda belə hallar olur. Bunu həll edə bilmərəm, ancaq hamı düşünüb həll yolu tapa bilər. Hava kisəsinin vacib olduğu traslarda həmişə belə olur. Hadisələri təhlil etməliyik.

Çətin idi. İkinci döngədən sonrakı hadisələr yaşanmamalı idi. Əksır bolidlər sürətli dövrə vura bilmədilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 127
Teqlər , , ,
Paylaş

logo