Avstraliya-2022: Yarış

Avstraliya uzun illər açılış yarışını qəbul edib. Pandemiyaya görə 2 illik fasilədən sonra təqvimə qayıdıblar, lakin bu dəfə 3-cü yarış kimi. Həftəsonu tribunalara gələn 420 minlik tamaşaçı sayı F1 üçün nə qədər darıxdıqlarının göstəricisidir...

F-1.az xatırladır ki, cümə günü ilk məşqlərin qalibi Karlos Saynz olub, ikinci sessiyada isə komanda yoldaşı Şarl Lekler protokollara başçılıq edib. Dünənki son sərbəst yürüşlərdə Lando Norris hamıdan sürətli olub. Gərgin keçən sıralanma turunda isə Şarl Lekler növbəti poulunu əldə edib.

İlk iki yarışı koronavirusa yoluxduğu üçün buraxmalı olan Sebastyan Fettel nəhayət ki, mövsümdə debüt etmək imkanı qazanıb.

Pirelli ənənəyə zidd olaraq, bura ardıcıl tərkibləri gətirməyib. Melburnda sürücülərin ixtiyarına C2 və C3-lərlə birlikdə C5 tərkibi verilib ki, onlar çox tez aşındığından, yarış üçün əlverişli olmayıb. Sayns, Alonso, Maqnussen, Fettel, Stroll və Elbon yarışa Hard, qalan sürücülər isə Medium təkərlərlə başlayıblar.

Stüardlar sıralanma turunda nəticə göstərməyən Ləns Strollu və diskvalifikasiya olunan Aleksander Elbonu starta buraxıblar. Hər iki sürücü son cərgəni tutub.

İlk cərgədən Lekler və Ferstappen, ikinci cərgədən Peres və Norris, üçüncü cərgədən isə Həmilton və Rassell start alıblar.

Startda Lekler liderliyini qoruyub, Həmilton üçüncü yerə yüksəlib. Norris iki mövqe itirib, Sayns isə 14-cü yerə qədər geriləyib. İspan sürücü ikinci dövrəsində səhvə yol verib və çınqıllığa düşüb. Təhlükəsizlik maşını trasa girib. Stroll ardıcıl iki pit-stop edib. Əvvəlcə Medium təkərlərə keçib və yarışın sonuna qədər getmək üçün Hard təkərlərə qayıdıb. Restart 6-cı dövrədə verilib və Lekler yerini qoruyaraq uzaqlaşıb.

Peres 10-cu dövrədə Həmiltonu keçərək yerini qaytarıb. Fettel 11-ci dövrədə səhvə yol verib və trasa sonuncu yerdə qayıdıb. İki dövrə sonra döngəyə geniş girən Şumaxer arxadan gələn Çjou tərəfindən keçilib. Latifi və Şumaxxer növbəti iki dövrədə yeni təkərlərə keçiblər. Bottas Tsunodanı ötüb. Yapon sürücüyə hücum edən Maqnuseen də səhvə yol verərək Çjouya keçilib.

Okon 18-ci, Ferstappen və Tsunoda isə 19-cu dövrədə pit-stop ediblər. Qasli pit yolundan çıxan Ferstappeni ötməmək üçün sürətini azaldıb və bu an Alonso fürsətdən istifadə edərək onu geridə qoyub. Peres və Norris 21-ci, Rikkardo, Çjou və Qasli 22-ci, Lekler, Həmilton və Bottas isə 23-cü dövrədə təkərlərini dəyişiblər. Şarl trasa lider olaraq qayıdıb. Peres bir daha Həmiltonu qabaqlayıb və 5-ci yerə yüksəlib. Fettel qəza edib və Təhlükəsizlik Maşını bir daha trasa daxil olub. Rassell, Stroll və Latifi fürsətdən istifadə edərək təkərlərini dəyişiblər və Rassell üçüncü yerdə trasa qayıdıb. TM arxasında ilk onluq: Lekler – Ferstappen – Rassell – Alonso – Peres – Həmilton – Maqnussen – Norris – Rikkardo – Elbon.

Restart 27-ci dövrədə verilib, Lekler yenə də liderliyinə davam edib. İki dövrə sonra Stroll və Bottas Qaslini geridə qoyub, 3-cu dövrədə isə Peres Alonsonu qabaqlayıb. Maqnussen Rikkardonu keçsə də, avstraliyalı sürücü yerini geri qaytarmağa nail olub.

Rassell Peresin hücumlarına məruz qalib və 36-cı dövrədə mübarizədə uduzub. Stroll Bottası keçib. Ferstappen 39-cu dövrədə yanacaq sızması problemi yaşayıb və ondan maşını saxlamasını istəyiblər. Maşına yanğınsöndürən marşallar müdaxilə etməli olublar. Son dünya çempionu ilk 3 yarışda 2-ci dəfə mübarizəni yarımçıq saxlamalı olub.

VTM rejimi elan edilib, Alonso və Maqnussen pit-stopa yollanıblar. Mübarizə 40-cı dövrədə bərpa edilib. Stroll Bottası trasdan çıxarıb. Daha sonra müdaifə olunarkən dəfələrlə mövqe dəyişdirdiyi üçün 5 saniyəlik cəza alıb. Alonso Şumaxeri keçib. Qasli Strollu ötərək 9-cu yerə yüksəlib. Bottas da kanadalı sürücünü ötərək ilk onluğa yüksəlib. Alonso birdən-borə 3 mövqe itirib və pit-stop edib. Qasli səhvə yol verib və Bottas onu üstələyib.

Şumaxer komanda yoldaşını ötüb. Yarışda pit-stop etməyən Elbon yanız son dövrədə təkərlərini dəyişib. Bu taktika sonuncu yerdən başlayan sürücüyə və komandasına mövsümdə ilk xalları qazandırıb.

Şarl Lekler mövsümdə ikinci, karyerasında 4-cü qələbəsini əldə edib. Bu, həm də sürücünün karyerasında ilk “Böyük Dəbilqə” olub. Mövsümdə ilk podiumu əldə edən sürücülər –  Serxio Peres və Corc Rassell müvafiq olaraq, 2-ci və 3-cü yereləri tutublar.

Mübarizə iki həftə sonra İmolada davam edəcək. Bizi orada mövsümün ilk sprint yarışı gözləyir…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 16 Şarl Lekler Ferrari 1:27:46.548 1
2 11 Serxio Peres Red Bull + 0:020.524 1
3 63 Corc Rassell  Mercedes AMG + 0:025.593 1
4 44 Lyuis Həmilton Mercedes AMG + 0:028.543 1
5 4 Lando Norris McLaren + 0:053.303 1
6 3 Daniel Rikkardo McLaren + 0:053.737 1
7 31 Esteban Okon Alpine + 1:01.683 1
8 77 Valtteri Bottas Alfa Romeo + 1:08.439 1
9 10 Pyer Qasli AlphaTauri + 1:16.221 1
10 23 Aleksander Elbon Williams + 1:19.382 1
11 24 Quanyu Çjou Alfa Romeo + 1:21.695 1
12 18 Ləns Stroll * Aston Martin + 1:28.598 3
13 47 Mik Şumaxer Haas +1 dövrə 1
14 20 Kevin Maqnussen Haas +1 dövrə 1
15 22 Yuki Tsunoda AlphaTauri +1 dövrə 1
16 6 Nikolas Latifi Williams +1 dövrə 2
17 14 Fernando Alonso Alpine +1 dövrə 2

 

*  – Müdafiə olunarkən trayektoriyasını çox dəyişdiyi üçün nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Şarl Lekler (Ferrari) – 1:20.260 (58-ci dövrə, 236.740 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Maks Ferstappen Red Bull 39 yanacaq sızması
Sebastyan Fettel Aston Martin 23 qəza
Karlos Sayns Ferrari 2 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 16 Şarl Lekler Scuderia Ferrari 71
2 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 37
3 55 Karlos Sayns Scuderia Ferrari 33
4 11 Serxio Peres Red Bull Racing 30
5 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 28
6 1 Maks Ferstappen Red Bull Racing 25
7 31 Esteban Okon Alpine F1 Team 20
8 4 Lando Norris McLaren Racing 16
9 20 Kevin Maqnussen Haas F1 Team 12
10 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 12
11 3 Daniel Rikkardo McLaren Racing 8
12 10 Pyer Qasli Scuderia AlphaTauri 6
13 22 Yuki Tsunoda Scuderia AlphaTauri 4
14 14 Fernando Alonso Alpine F1 Team 2
15 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 1
16 23 Aleksander Elbon Williams Racing 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Scuderia Ferrari Ferrari 104
2 Mercedes-AMG Petronas F1 Team Mercedes 65
3 Oracle Red Bull Racing Red Bull 55
4 McLaren F1 Team Mercedes 24
5 Alpine F1 Team Renault 22
6 Alfa Romeo F1 Team ORLEN Ferrari 13
7 Haas F1 Team Ferrari 12
8 Scuderia AlphaTauri Red Bull 10
9  Williams Racing Mercedes 1
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*