S.Fettel: “Bu mövsümlə bağlı ən gözəl xatirəm Montsadakı podium idi”

Sebastyan Fettel Ferrari-nin zəif nəticələrinə baxmayaraq, komandanın güclü performans göstərdiyini deyib.

F-1.az xatırladır ki, Ferrari komandası mövsümə çempionluq iddiası ilə başlasa da, geridə qalan 20 yarışın heç birində qalib gələ bilməyib. Əgər “qırmızılar” bazar günü keçiriləcək Əbu Dabi yarışında da qalib gələ bilməsələr, mövsümü qələbəsiz bitirəcəklər.

Sebastyan Fettel: “Bu il çox tənqid edildik. Amma bunların hamısı ədalətli deyildi. Bəli, yarışlardan istədiyimiz nəticələri ala bilmədik, amma hər dəfə fərqli problemlə qarşılaşırıq. Performans cəhətdən daha güclüyük. Builki bolidimiz keçənilkinə nisbətən daha güclü idi. Müsbət yöndə işlər gördük və gələn il daha güclü olacağımıza inanıram. Gələnilki qayda dəyişillikləri bizə zirvəyə çıxmağa şans yaradacaq. Komanda olaraq çox yaxşı işləyirik və hər şeyi düzgün etdiyimizə əminəm.

Builki ən yaddaqalan xatirə Montsada qazandığım podium oldu. Çətin mövsüm keçirtsək də, tiffozilər hamısı bizi dəstəkləməyə gəlmişdilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*