Ş.Lekler: Səhvlərim normaldır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Ferrari zəif olduğu üçün limitlərdə sürür və səhv edir.

F-1.az xatırladır ki, monakolu sürücü ilk 3 yarışdan sonra sadəcə 6 xal toplamışdı. O, Bakıda podiuma yüksəlsə də, sonrakı MAyami Qran Prisində həm sərbəst yürüşlərdə, həm də sıralanma turunda qəza edərək, yarışa 7-ci yerdənbaşlamış və yarışda yaddaqalan performans göstərə bilməmişdi. Buna görə də əksəriyyət gənc sürücünü tənqid edib.

Lakin Şarl Lekler düşünür ki, etdiyi səhvlər normaldır: “Tamamilə sürətə və yarış maşınının limitlərini tapmağa fokuslanmışam. Etdiyim səhvlər normaldır. Əlbəttə, təzyiq var. Xüsusən də Ferrari komandasında çıxış edirsinizsə… Ən xırda səhvdə insanlar məyus olurlar.

Məsuliyyətimin fərqindəyəm. Bir yarış pilotu kimi təzyiqlə mübarizə aparmalıyam. Bu, işimin bir hissəsidir. Rəqiblərlə təkər-təkərə mübarizə aparmaq kimidir. Bundan başqa işlər həmişə istədiyiniz kimi getməyə bilər. Yaxçı performans tapmaq üçün çox çalışmalı və risk etməlisiniz. Xüsusən də son sərbəst yürüşlərdə maşının və təkərlərin sərhəddinin harada olduğunu tapmaq lazımdır.

Uğur üçün çox işləmək və stabillik vacibdir. Ancaq hər şeyin problemsiz gedəcəyini düşünmək doğru deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*