R.Şvartsman: Şarl və Karlosa yaxın idim

F-1.az xəbər verir ki, Ferrari komandası bu gün 3 sürücü ilə testlərdə iştirak edib. Əsas sürücülər yekunda ilk 2 yeri tutarkən, Robert də üçüncü olub.

Robert Şvartsman: “Əbu Dabidə yaxşı test günü keçirdik. 116 dövrə vurdum və çox şey etdim. Test proqramı kifayət qədər gərgin oldu – mən qısa və uzun seriyalar üzərində işlədim, start proseduralarını məşq etdim. Cümə günü baş tutan məşqlə müqayisədə, özümü bir qədər inkişaf etdirdiyimi hiss edirəm – tempim Şarl və Karlosun tempinə yaxın idi, bu mənim üçün çox müsbətdir. Təkmilləşmək üçün həmişə imkanlar var, amma düşünürəm ki, potensialımı yaxşı nümayiş etdirdim. Ümumiyyətlə, bu il komanda ilə Maranellodakı simulyatorda görülən işlərdən razı qaldım. Əsl maşın virtual maşına çox bənzəyir. Komanda üçün pilotluq etmək fürsəti qazanmaq əla idi – bu gündən həzz aldım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*