Ferrari yeni bolidində problem yaşayır?

Almaniya mətbuatının verdiyi xəbərə əsasən Ferrari 2020-ci il bolidində ciddi problemlər yaşayır.

F-1.az xatırladır ki, “qırmızılar” keçənilki qış testlərində güclü performans göstərsələr də, Melburndakı ilk yarışda Mercedes-dən çox geridə qalmışdılar. Bolidin əsas problemi asfaltayatma qüvvəsinin az olması idi. Buna görə də Formula1-in ən titullu komandası 2020-ci il bolidində bu işə fokuslanıblar.

Ancaq daha əvvəl Leo Turrini yeni boliddə problemlərin olduğunu deyib. İndi isə Auto Bild də Ferrari-nin aerodinamika cəhətdən problemlər yaşadığını və bunun ilk testlərə qədər həll oluna bilməyəcəyini yazıb. Xəbərə görə Ferrari mühəndisləri hesablamada səhv ediblər və bu, bütün bolidə təsir edib: “Boliddə aerodinamika cəhətdən ciddi səhv ola bilər. Simulyator işçiləri və aerodinamik boru mühəndisləri problemi tapa bilməyiblər. Ferrari-nin problemi gözləniləndən böyük ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*