K.Rəykkönen: “Əlimdən heç nə gəlmədi”

Kimi Rəykkönen bildirib ki, Braziliya yarışındakı qəzanın qarşısını almaq üçün əlindən heç nə gəlməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışın 19-cu dövrəsində start-finiş düzlüyündə bolidinin idarəsini itirərək, divara çırpılıb.

37 yaşlı sürücü bildirib ki, trasın bəzi yerlərində şərait pis olub və gözləmədiyi yerdə su şırnağı ilə üzləşib: “Yağış çox yağmırdı, amma sürüşmək üçün əlverişli şərait var idi. Juncao döngəsinin çıxışındakı dərədə və 4-cü döngədə sürüşmə ehtimalı mənim üçün çox idi. Orada çoxlu su yığılmışdı və sürüşərək yerində fırlanmağımıza səbəb olurdu. Su yığılan hissələrə bir dəfə girsəniz, heç şansınız olmur. Yerimdə fırlandım, geri qayıdacaqdım, amma pis yerə sürüşdüm. Gözləmədiyim yerə doğru sürüşdüm. Yaxşı ki, heç kim mənə çırpılmadı”.

Rəykkönen bildirib ki, təhlükəsizlik avtomobilinin arxasında dövrə vurmaq onun üçün yaxşı olmayıb və restart vaxtı təkərlərinin temperaturu istənilən kimi olmayıb: “Bizim üçün şərait asan deyildi. Təhlükəsizlik avtomobili ilə çox dövrə vuranda təkərlər soyuyur. Bu da işləri çətinləşdirir. Heyif ki sürüşdüm və əlimdən heç nə gəlmədi”.

Rəykkönen təkərlərini qızdıra bilmədiyi üçün ilk döngədə Ferstappen onu keçmişdi: “Təkər temperaturuna görə problem yaşadıq. Bu cür hallarda güclü deyilik və bunu bilirik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*