12 Dekabr 2019, Cümə axşamı - 20:32

S.Peres: “Ferrari-də yarışmaq hər sürücünün arzusudur”

S.Peres: “Ferrari-də yarışmaq hər sürücünün arzusudur”

Müəllif: Rauf Hacıyev, redaktor

08:22 - 23 Sentyabr, 2016

Serxio Peres 2017-ci ildə böyük ehtimalla Force İndia komandasında qalacaq. Amma meksikalı gələcəkdə Ferrari-də yarışmaq istəyir…

F-1.az xatırladır ki, Force İndia komandasının rəhbəri Vicey Malya Serxio Peresin 2017-ci ildə komandada qalacağını desə də, meksikalı sürücünün gələcək üçün başqa planı var və bu plan barədə heç bir açıqlama verilmir.

Amma bəzi mənbələrə görə Peres 2018-ci ildə Ferrari-yə keçməmişdən əvvəl 2017-ci ildə yarışmaq üçün komanda axtarır.

Serxio Peres: “Ferrari Formula1-dəki ən böyük komandadır və bütün sürücülərin xəyalıdır. Əgər bu fürsət əlimə keçsə, ümid edirəm ki, doğru zamanda olar. Bir fürsətin doğru zamanda gəlməsi sürücü üçün çox vacibdir”.

Force İndia meksikalını komandada saxlamaq istəsə də, Peres Williams və Renault ilə danışıqlar aparır. Amma Peresin yeni müqaviləsi uzunmüddətli ola bilər və bu da meksikalı sürücünün Ferrari-yə keçidinin qarşısını ala bilər. Buna görə də Peres Force İndia-da daha bir il qalmaq istəyir: “Ferrari-nin hərəkətlərinə görə qərar vermirəm. Karyeram üçün nəyin doğru olacağını düşünüb elə qərar verirəm. Gələcəkdə nə olacaqsa, gözəl olacaq.

Mən qərarlarımı komandaya olan inancıma görə verirəm və inanıram ki, inkişaf edəcəyik. Komandanın potensialını görürəm. Qalmaq istəyimin səbəbi budur”.

Peres 2010-cu ildə Ferrari Sürücü Akademiyasına daxil olaraq, 2011-ci ildə Sauber komandası ilə müqavilə bağlamışdı. Sauber-də keçirdiyi illər yaxşı olsa da, mükəmməl deyildi. Planda isə Ferrari-yə transfer olunmaq var idi. Peres 2012-ci ildə mükəmməl mövsüm keçirdi və McLaren komandası onu Həmiltonu əvəz etməsi üçün transfer etdi. Amma 2013-cü il Peres üçün yaxşı keçmədi və meksikalı 2014-cü ildə Force İndia komandasına transfer olundu.

Peres McLaren fiaskosu barədə belə danışıb: “McLaren-dəki bir il mənim üçün çox çətin oldu. Xüsusən də, sonda olanlar… Bir neçə il McLaren-də qalmağı planlaşdırırdım, amma bu reallaşmadı. Orada bütün potensialımı göstərə bilmədim. Bolidimiz zəif idi və tək problem bu deyildi. Oradan qurtulduğum üçün çox şanslıyam”.

Peres bu mövsüm yaxşı performans göstərir və 66 xal toplayaraq, komanda yoldaşını 20 xal qabaqlayır.

Peres bildirib ki, Force İndia hazırda onun üçün ən yaxşı komandadır: “Hazırda Force İndia ilə son danışıqlarımı aparıram. McLaren-də vəziyyətim çox pis idi və imzalamalı olduğum bir kağız var idi və heç imzalamadım. Böyük ehtimalla gələn il də Force İndia-da olacam. Bunu istəyirəm, amma gələcəkdə nələrin olacağını deyə bilmərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 311
Teqlər , , , ,
Paylaş

logo