M.Binotto: “Fettel bolidə öyrəşə bilmədi”

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Sebastyan Fettel 2019-cu ildə bolidə öyrəşə bilmədiyi üçün geridə qalıb.

F-1.az xatırladır ki, Sebastyan Fettel 2015-ci ildə Ferrari-yə transfer olunduqdan sonra 2019-cu ildə ən pis ikinci mövsümünü keçirib və ilk dəfə dördlüyə daxil ola bilməyib.

Mattia Binotto: “Bolidin arxa tərəfində əylənmə ilə bağlı qeyri-stabillik olduğu üçün Sebastyan maşına güvənmirdi. Əgər boliddə özünüzü yaxşı hiss etmirsinizsə, limitlərdə gedə bilməzsiniz. Boliddə asfaltayatma artdıqca sürücünün inamı da çoxalır. Buna görə də Sebastyanın performansı mövsümün ikinci yarısında artdı. Sebastyan təcrübəli sürücüdür və təhlilçi kimi güclüdür. Hadisəni o dəqiqə anlamağa çalışır. O, sükan arxasına keçəndə maksimum performans göstərməyə çalışır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*