19 Noyabr 2019, Çərşənbə axşamı - 09:43

D.Tsetşe: “Bir xal fərqlə çempion olmaq istəyirik”

D.Tsetşe: “Bir xal fərqlə çempion olmaq istəyirik”

Müəllif: Rauf Hacıyev, redaktor

18:05 - 20 May, 2016

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, Formula1-dəki Mercedes hegemonluğunu dayandırmaq lazımdır.

F-1.az xatırladır ki, Mercedes komandası 2014-cü ildən başlayan turbo erasının 43 yarışının 36-nı qazanıb və iki dəfə komandalar, iki dəfə isə sürücülər çempionatında birinci yeri tutub.

Berni Ekklstoun: “Bəzi şeyləri dəyişdirmək istəyirəm. Mercedes hegemonluğunu bitirmək istəyirəm”.

Ancaq FİA prezidenti Jan Todt bildirib ki, bu cür hegemonluqlar idmanın bir hissəsidir: “50 il əvvələ baxın. Onda görəcəksiniz ki, Lotus Cim Klark və Kolin Çəpmən ilə uzun müddət lider olub. Eyni hal daha sonra Williams, McLaren, Ferrari, Red Bull və indi isə Mercedes ilə təkrarlanır.

Bir komandanın hakimiyyətini bitirməkdənsə, digərlərinə kömək etməliyik ki, onlara çatsınlar. Mercedes-ə çatmaq üçün əllərindən gələni etməlidirlər”.

Daimler AG konserninin direktorlar şurasının sədri Diter Tsetşe bildirib ki, rəqiblərinin Mercedes-ə çatmasına görə məmnundur: “Onların yaxınlaşmasına görə şadam. Əvvəl də dediyim kimi, mövsümün sonunda 1 xal fərqlə çempion olmaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 493
Teqlər , , ,
Paylaş

logo