25 İyun 2019, Çərşənbə axşamı - 03:52

K.Rəykkönen: “Fərq çoxdur”

K.Rəykkönen: “Fərq çoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

12:17 - 24 Mart, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, yaxşı iş görsələr də, Həmilton daha üstündür.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk sıralanma turunda komanda yoldaşı Fetteli qabaqlayaraq ikinci olsa da, Həmiltonda 0.65 saniyə geri qalıb.

Kimi Rəykkönen: “Yaxşı iş görsək də, Həmilton çox uzaqdadır. Hava şəraiti vəziyyəti çətinləşdirdi. Yenə də əla başladıq və təkmilləşməyə davam etməliyik. Sıralanma turunun ikinci sessiyasında səhv etdiyim üçün ikinci dəfə sürətli nəticə göstərməli oldum və eyni təkəri üçüncü sessiyanın ilk dövrəsində istifadə etdim. Heç bir problem olmadı. Daha yaxşı nəticə göstərə bilərdim, amma bunu dəyişmək olmaz. Mövsüm açılışları həmişə müəmmalı olur və sabahkı yarışdan hər cür sürpriz gözləyirik. Əlimizdən gələni edib Lyuisi keçməyə çalışacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 217
Teqlər , , ,
Paylaş

logo