M.Binotto: “Bu il keçid mövsümü idi”

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, bu ilə keçid mövsümü kimi baxıb.

F-1.az xatırladır ki, Ferrari bu mövsüm enişli-yoxuşlu mövsüm keçirib və mühəndislər kubokunda ikinci yerə razı olub.

Mattia Binotto: “Əbu Dabidə uzun mövsüm başa çatacaq. Komandada bu il dəyişikliklır olduğu üçün gözəl başlanğıc saymaq olar. Şarl komandadakı ilk mövsümünü keçirdi və gələcəyin bünövrəsini qoyduq. Təbii ki, enişlər və yoxuşlar oldu. Mövsümün ilk yarısı istədiyimiz kimi getmədi. Yay tətilindən sonra sürətləndik. Ardıcıl 3 yarış və 6 poul qazandıq. Milanda Ferrari-nin 90-cı ildönümü ilə keşirilən tədbirdən bir gün sonra Montsada qələbə qazandıq. Təbii ki, mövsümü ikinci yerdə bitirmək Ferrari üçün yaxşı olmadı. Lakin qışda da çox işləyəcəyik və yeni mövsümdə daha güclü olmağa çalışacağıq. Mövsümün son yarışı olan Əbu Dabidə maksimum nəticə almağa çalışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*