L.Həmilton Leklerin inkişafından təsirlənib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Şarl Leklerin inkişafı təsiredicidir.

F-1.az xatırladır ki, monakolu sürücü bu il Ferrari ilə yaxşı performans göstərir.

Lyuis Həmilton: “Şarlın inkişafını və möhtəşəm komandanın lideri olduğunu görmək gözəldir. Komanda olaraq çətin dövrlərdən keçdilər, amma güclənirlər və öndəki komandalara çatırlar.

Şarl hələ gəncdir və illər keçdikcə böyüyəcək, güclənəcək. Potensialını karyerasının ilk illərində göstərdi. Komanda getdikcə inkişaf edir və Şarl da onlarla böyüyür. Ümid edirəm ki, daha çox mübarizə apararıq. Gələcəyi səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*