F.Massa: Lekler Ferrari üçün vacibdir

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Lekler Ferrari-nin əsas sürücüsüdür.

F-1.az xatırladır ki, monakolu sürüc ükeçən il çempionluq uğrunda mübarizə aparsa da, Sayns bəxtsiliyinə və səhvlərinə görə 5-ci olmuşdu.

Felipe Massa: “Bolid güclü olmalı, komanda yaxşı işləməli və gerisini sürücülər etməlidir. Belə olan halda beşinci yarışdan sonra kimin lider sürücü olduğunu anlayısınız. Keçən il üç yarışdan sonra hər şey bəlli idi.

Sayns ilk mövsümündə güclü olsa da, keçən il zəif idi. 2021-ci ildə maşın zəif idi, ancaq 2022-ci ildə maşın güclənəndən sonra Şarl özünü göstərdi. Əgər bu il də eynisi olsa, Karlosun geri dönməsi çətindir.

Lekler mənim üçün ən yaxşı sürücülərdəndir. Ferstappen Red Bull üçün, Həmilton Mercedes üçün nədirsə, Lekler də Ferrari üçün odur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*