Ferrari tanıtım tarixini açıqlayıb

Ferrari komandası 2019-cu il bolidlərinin tanıtım tarixini açıqlayıb.

F-1.az bildirir ki, son iki mövsümdə çempionatda ikinci olmuş komanda gələn ilin bolidini fevralın 15-də təqdim edəcək.

Mauritsio Arrivabene: “Komanda Mattia Binottonun başçılığı altında gələn ilin maşını üzərində işləyir. Motor artıq stenddə işləyir və bəzi detallar istesal edilir. Performansla bağlı olan detallar isə təqdimat tarixinə yaxın gələcək. Fevralın 15-də bolidi təqdim edəcəyik və hər şey həmin günə qədər hazır olmalıdır.

Təbii ki, bolid barədə danışmaq hələ tezdir. Hazırda simulyatorda işləyirik. Amma əsl test trasda olur. Burada əldə etdiyiniz məlumatlarla özünüzü rəqiblərinizlə müqayisə edə bilərsiniz. Mühəndislər bolidi fevralın 15-nə qədər hazır etmək üçün çox işləyirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*