D.Rikkardo Kanadadan əvvəl həyəcanlıdır

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Kanadaya qayıtdığı üçün həyəcanlıdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2014-cü ildə karyerasının ilk qələbəsini məhz Montrealın dar yollarında qazanmışdı.

Daniel Rikkardo: “Bütün favorit yarışlarım M hərfi ilə başlayır. Melburn, Monako, Montsa və Montreal. Bir neçə ildən sonra Kanadaya qayıtmaq üçün səbirsizlənirəm. Montreal ıla çəhərdir və burada həmişə gözəl ab-hava olur. Bunlardan başqa ilk qələbəmi 2014-cü ildə orada qazanmışam.

Bir neçə çətin keçən yarışdan sonra Bakıda yenidən xallar qazanmaq gözəl idi. Asan olmasa da, çox işləməyimin bəhərəsini gördüm. Bu tempimi davam etdirməyə çalışacağam. Həyəcanlıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*