Kanada-2023: Üçüncü sərbəst yürüşlər

Şənbə məşqləri yağış altında baş tutub - bu, sürücülərdən çox tribunalardakı azarkeşlət üçün çətin olub.

F-1.az xəbər verir ki, xüsusilə sessiya zamanı yağış daha da şiddətləndiyindən, sürücülər sessiyanın əvvəlində ehtiyatsızlıqdan çıxarılan yağış təkərlərindən aralıq təkərlərə keçdiklərinə görə insidentlər olub, lakin onlar qeyri-ciddi xarakter daşıyıb. Tsunoda ciddi nəticələr olmadan iki dəfə yerində fırlanıb, bir çoxu sonuncu şikanı kəsib. Elbon sürətini azaldan və ona mane olan Saynsın hərəkətindən narazı qalıb – stüardlar məşqdən sonra insidenti nəzərdən keçirəcəklər.

Yarım saat sonra sessiya əvvəlcə sarı, daha sonra qırmızı bayraqlarla dayandırılıb. “Bağışlayın uşaqlar, mən qəza etdim” – Karlos Sayns radio vasitəsilə deyib. İspan sürücü birinci döngədə əylənmə zamanı idarəetməni itirib. Karlos xəsarət almasa da, tamaşaçıların və komandanın reaksiyası emosional olub.

Sona doğru yağış güclənib. Ən sürətli dövrə Maks Ferstappendən gəlib – 1:23.106

Bizi olduqca maraqlı sıralanma turu gözləyir.

Пилот Команда Время Разница Круги
1 1 Maks Ferstappen Red Bull 1:23.106 22
2 16 Şarl Lekler Ferrari 1:23.397 + 0:00.291 22
3 14 Fernando Alosno Aston Martin 1:24.483 + 0:01.377 18
4 20 Kevin Maqnussen Haas 1:24.715 + 0:01.609 23
5 55 Karlos Sayns Ferrari 1:24.765 + 0:01.659 14
6 10 Pyer Qasli Alpine 1:24.825 + 0:01.719 19
7 18 Ləns Stroll Aston Martin 1:24.944 + 0:01.838 22
8 22 Yuki Tsunoda AlphaTauri 1:24.955 + 0:01.849 24
9 77 Valtteri Bottas Alfa Romeo 1:24.988 + 0:01.882 22
10 44 Lyuis Həmilton Mercedes 1:25.087 + 0:01.981 20
11 27 Niko Hülkenberq Haas 1:25.140 + 0:02.034 20
12 81 Oskar Piastri McLaren 1:25.191 + 0:02.085 21
13 4 Lando Norris McLaren 1:25.198 + 0:02.092 25
14 23 Aleksander Elbon Williams 1:25.379 + 0:02.273 21
15 63 Corc Rassell Mercedes 1:25.435 + 0:02.329 20
16 21 Nik de Friz AlphaTauri 1:25.725 + 0:02.619 24
17 11 Serxio Peres Red Bull 1:25.857 + 0:02.751 20
18 24 Quanyu Çjou Alfa Romeo 1:26.750 + 0:03.644 23
19 31 Esteban Okon Alpine 1:26.840 + 0:03.734 10
20 2 Loqan Sarcent Williams 1:27.279 + 0:04.173 16
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*