Rusiya-2018: İkinci sərbəst yürüşlər

Soçidə nahardan sonra komandalar sazlanmaların axtarışı, təkərlərin effektivliyinin və yeyilməsinin qiymətləndirilməsi üzrə ənənəvi proqramı yerinə yetiriblər. Birinci məşqlərlə müqayisədə trasın vəziyyəti yaxşılaşıb, amma buludlu səma altında asfaltın temperaturu bir qədər aşağı düşüb.

F-1.az xatırladır ki, Pirelli iki həftə əvvəl Sinqapurda istifadə olunan tərkibləri Soçiyə də gətirib, amma daha çox yanacaq ehtiyatı ilə HyperSoft tərkibi daha hamar Soçi asfaltında çox tez yeyilib, UltraSoft tərkibi daha tez dənlə örtülüb, Soft tərkibi isə daha böyük məsafə qət etməyə imkan verib. Komandalar sürücüləri arasında proqram bölgüsü ediblər ki, daha çox məlumat toplasınlar.

Sessiya ciddi insidentsiz ötüşüb. Fettel, Rəykkönen, Bottas, Sirotkin, Hülkenberq və Lekler tras kənarına çıxsalar da, maşınlara ciddi zərər dəyməyib. Məşqlərin sonunda Fettel yerində fırlanıb, amma təkərlərini dəyişərək işləməyə davam edib.

Mercedes sürücüləri həftəsonuna hamıdan az HyperSoft tərkibi seçdikləri üçün yalnız nahardan sonra bu təkərlərlə işləyə biliblər və yekunda hamıdan sürətli olublar. Bu gün trasın mütləq rekordu (1:33.194) yenilənməyib, amma sabah bu nəticə asanlıqla yenilənəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes 1:33.385 35
2 77 Valtteri Bottas Mercedes 1:33.584 + 0:00.199 33
3 33 Maks Ferstappen Red Bull 1:33.827 + 0:00.442 32
4 3 Daniel Rikkardo Red Bull 1:33.844 + 0:00.459 37
5 5 Sebastyan Fettel Ferrari 1:33.928 + 0:00.543 33
6 7 Kimi Rəykkönen Ferrari 1:34.388 + 0:01.003 31
7 11 Serxio Peres Racing Point 1:35.122 + 0:01.737 30
8 10 Pyer Qasli Toro Rosso 1:35.137 + 0:01.752 28
9 31 Esteban Okon Racing Point 1:35.147 + 0:01.762 33
10 9 Markus Eriksson Sauber 1:35.295 + 0:01.910 35
11 20 Kevin Maqnussen Haas 1:35.331 + 0:01.946 33
12 55 Karlos Sayns Renault 1:35.341 + 0:01.956 37
13 16 Şarl Lekler Sauber 1:35.432 + 0:02.047 32
14 27 Niko Hülkenberq Renault 1:35.568 + 0:02.183 35
15 8 Roman Qrojan Haas 1:35.911 + 0:02.526 35
16 28 Brendon Hartli Toro Rosso 1:36.024 + 0:02.639 29
17 14 Fernando Alonso McLaren 1:36.074 + 0:02.689 34
18 2 Stoffel Vandorn McLaren 1:36.617 + 0:03.232 31
19 35 Sergey Sirotkin Williams 1:36.861 + 0:03.476 39
20 18 Ləns Stroll Williams 1:37.001 + 0:03.616 35
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*