22 Avqust 2019, Cümə axşamı - 17:30

Meksika-2017: Birinci sərbəst yürüşlər

Meksika-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

20:47 - 27 Oktyabr, 2017

Cümə günü ilk məşqlərə dörd komanda gənc sürücüləri dəvət edib – Force İndia-da Alfonso Seliş Esteban Okonu əvəzləyib, Haas komandası Roman Qrojanın maşınını Antonio Covinatsiyə həvalə edib, Markus Erikssonun əvəzinə Şarl Lekler Sauber-in sükanı arxasına keçib və Şon Gelael Pyer Qaslinin əvəzinə Toro Rosso üçün işləyib.

F-1.az bildirir ki, Hartli, Vandorn və Seliş sessiyanın əvvəlində trasa Halo sistemi ilə çıxıblar. Hava xeyli sərin, asfalt isə tozlu olub, buna görə də komandalar proqramlarını tam yerinə yetirməkdə çətinlik çəkiblər. İlk dəqiqələrdə sürücülər dəfələrlə yoldan çıxıblar, lakin bir qədər sonra trasın vəziyyəti yaxşılaşıb.

Hidravlik sistemdə problem yaşayan Maqnussen maşını mexaniklərə çatdıra bilib, sessiyanın sonunda isə yenidən trasa qayıdıb. Startdan 35 dəqiqə sonra Hartlinin maşınında güc qurğusu sönüb, lakin boksda onu yenidən işə salmaq mümkün olub. Vandorn 3 dövrə vurduqdan sonra boksa qayıdıb – onun maşınına quraşdırılan yeni güc qurğusu qənaətbəxş olmadığından, köhnə versiyaya qayıdıb.

Ferstappen sazlanmalarda ciddi dəyişikliklərə görə xeyli vaxt itirib. Bir saatın tamamında Rəykkönen altıncı döngədə yerində fırlanıb. Seliş 16-cı döngədə qəza edib və sessiya qırmızı bayraqlarla dayandırılıb. Maşının təxliyə edilməsinə görə yaranmış fasilə 8 dəqiqə davam edib.

Restartdan sonra beş sürücü dərhal nəticəsini yaxşılaşdırıb. Protokollara trasın yeni rekordunu müəyyən edən Valtteri Bottas başçılıq edib – 1:17.824. İkinci sessiya Bakı vaxtı ilə 23:00-da başlayacaq…

YerNSürücüKomandaZamanFərqDövrə
177Valtteri BottasMercedes AMG1:17.82442
244Lyuis HəmiltonMercedes AMG1:18.290+ 0:00.46635
333Maks FerstappenRed Bull1:18.395+ 0:00.57116
43Daniel RikkardoRed Bull1:18.421+ 0:00.59728
55Sebastyan FettelFerrari1:18.586+ 0:00.76228
67Kimi RəykkönenFerrari1:19.008+ 0:01.18427
711Serxio PeresForce İndia1:19.240+ 0:01.41621
814Fernando AlonsoMcLaren1:19.346+ 0:01.52220
919Felipe MassaWilliams1:19.443+ 0:01.61932
1027Niko HülkenberqRenault1:19.552+ 0:01.72819
1155Karlos SaynsRenault1:19.554+ 0:01.73024
1218Ləns StrollWilliams1:19.772+ 0:01.94834
1320Kevin MaqnussenHaas1:20.644+ 0:02.82016
1494Paskal VerlyaynSauber1:20.971+ 0:03.14730
1550Antonio CovinatsiHaas1:21.269+ 0:03.44526
1637Şarl LeklerSauber1:21.446+ 0:03.62228
1738Şon GelaelToro Rosso1:21.639+ 0:03.81529
1828Brendon HartliToro Rosso1:21.747+ 0:03.92310
1934Alfonso SelişForce İndia1:22.342+ 0:04.51817
202Stoffel VandornMcLaren3

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 026
Teqlər , , , , , ,
Paylaş

logo