P.Verlyayn ilk mövsümdəki çətinlikləri ciddiyə almayıb

Paskal Verlyayn Formula1-dəki ilk mövsümündə qarşılaşacağı çətinlikləri ciddiyə almayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü DTM-də Dünya Çempionu titulunu qazandıqdan sonra Mercedes-in dəstəyi ilə Manor komandasına transfer olunmuşdu.

Gənc sürücü Formula1-dəki ilk mövsümündə mükəmməl performans göstərmiş və sıralanma turunda 4 dəfə 2-ci sessiyaya qalmışdı. 22 yaşlı sürücü Avstriya yarışında 10-cu yeri tutub, komandasına 1 xal qazandırmışdı.

Paskal Verlyayn: “Tras üzərində çox şey öyrəndim. Amma öyrənməli olduğum şeylər var. Məncə, bu işi ciddiyə almadım. Sürüş cəhətdən dəyərləndirsək, trasların çoxu mənim üçün yeni idi, təkərlər yeni idi, komanda yeni idi və ətrafımdakı çox şey yeni idi. Çox şey öyrənməli oldum.

Amma artıq əminəm ki, hər şey daha yaxşı və asan olacaq. İkinci mövsümünüz böyük ehtimalla karyeranızdakı atdığınız ən böyük addımdır.

Trasdan kənarda daha çox işləyəcəm. Özümü təkmilləşdirə biləcəyim çox sahə var.

Mercedes məni dəstəkləməyə davam edir və buna görə də onlara minnətdaram. Bu il Manor-la yarışmaq və Pirelli testlərində iştirak etmək şansı verdilər. Buna görə onlara minnətdaram.

Mercedes mənə güvənir və mənə verdikləri dəstəyi görmək çox gözəldir. Ümid edirəm ki, bunun qarşılığını verə bilərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*