T.Volff: Bu il bilirdik ki, zəifik

Mercedes-in rəhbəri Toto Volff bildirib ki, bu il geridə qalmaqları keçən il titulu uturməkləri qədər təsir etməyib.

F-1.az xatırladır ki, son 8 ilin Dünya Çempionu olan Mercedes bu mövsüm sadəcə 1 qələbə qazana bilib və mövsümü üçüncü yerdə bağlayıb. Almanlar 2012-ci ildən sonra ən uğursuz mövsümlərini keçiriblər.

Toto Volff: “Keçən il daha məyusedici idi. Güclü idik və titulu bir neçə saniyə ilə əldən verdik. Çempionluğu əldən verməyimiz bizdən asılı deyildi. Həyatımda ilk dəfə bir hadisə mənim nəzarətimdən kənarda idi.

Bu il isə bolidin zəif olduğunu əvvəldən bilirdik. buna görə sürpriz olmadı. Mövsüm davam etdikcə təkmilləşdik və problemləri həll etdik. Soöanın bir qatını soyanda elə bilirdik ki, problemləri tapdıq, amma o biri qatını soyanda yeni problemlərlə qarşılaşırdıq.

Bir nöqtədən sonra bolidin bəzi traslarda gücü olacağını anladıq və o tərz traslara fokuslandıq. Abu Dabi kimi yarışlarda bilirdik ki, zərəri minimuma endirmək üçün yarışırıq”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*